Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


23.12.2022  17:30 

Ictimai müzakirə keçirildi - Foto





A+  A-

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə ictimai müzakirə keçirib.

QHT Agentliyi Mətbuat Xidmətindən XəzərNews.az-a bildirilib ki, ictimai müzakirədə Ombudsman Aparatı, Azərbaycan Respublikası Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul əməkdaşları, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirilib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.

Bu ictimai müzakirənin keçirilməsinin əsas məqsədi isə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətininin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunmasıdır. Azərbaycanda dövlət- vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli qeyri-hökumət təşkilatları və dövlət orqanlarına bərabərhüquqlü tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.

Daha sonra çıxış edən dövlət orqanlarının təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və QHT-lər ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğuladılar, qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndirdilər.

İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.



Xəbər 1306 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +