Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


26.10.2022  17:29 

İsa Həbibbəylinin oğlu ilə bağlı şok məlumatlar: 1997-ci ildə qanunsuz yolla...





A+  A-

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının sədri seçilən İsa Həbibbəylinin personası ətrafında başlayan müzakirələr səngimək bilmir. KİV və sosial şəbəkələr 73 yaşlı akademikin fəaliyyətini hərtərəfli təftiş edir. Qeyd edək ki, bu proses qocaman akademikin ailə üzvlərini də əhatə etməkdədir. Dünəndən mətbuatda və sosial şəbəkələrdə İsa Həbibbəylinin övladları ilə bağlı maraqlı məlumatlar tirajlanır.

XəzərNews.az akademikin kiçik oğlu Ərəstü Həbibbəyli ilə bağlı maraqlı məlumatlar əldə edib.

Naxçıvandakı mənbələrdən aldığımız bilgiyə görə, hazırda Azərbaycan Respublikası Baş nazirinin katibliyinin rəisi vəzifəsində çalışan və Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini daşıyan Ərəstü Həbibbəylinin 1997-ci ildə qeyri-qanuni yolla BDU-nun Hüquq fakultəsinə köçürülüb. Mənbə deyib ki, Ərəstü Həbibbəyli 1997-ci ildə atasının rektor olduğu Naxçıvan Dövlət Universitetinə qəbul olub. Amma atasının BDU-nun sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovla şəxsi münasiətlərindən istifadə edərək elə həmin il Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakultəsinə köçürülüb. Ərəstü Həbibbəylinin qəbul imtahanında topladığı bal BDU-nun sözügedən fakultəsində təhsil almaq üçün yetərli olmasa da, Abel Məhərrəmov aradakı “boşluğu” doldurub.



Ərəstu Həbibbəyliyə dair başqa bir maraqlı fakt isə onun dissertasiya işi ilə bağlıdır. Belə ki, hüquq elminə aid bakalavr və magistr təhsili alan Ə.Həbibbəyli nədənsə 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadiyyat institutuna üz tutub. Maraqlıdır ki, hüquqşünas Həbibbəyli burada öz ixtisasına deyil, iqtisadiyyata aid mövzu seçib və 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.



Mənbə hər iki qardaşın - hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifsində çalışan Səhət Həbibbəylinin və yuxarıda haqqında bəhs etdiyimiz Ərəstü Həbibbəylinin məhz atalarının sayəsində kariyera pillələrində inamla addımladığını bildirib.

Xəbər 1442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +