“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


07.06.2021  10:43 

Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başladı





A+  A-

Ermənistanda erkən parlament seçkilərinin seçkiqabağı təşviqatı dövrü rəsmən başlayıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təşviqat dövrü iyunun 18-dək davam edəcək, iyunun 19-u isə “sükut günü” olacaq. Seçkilər isə iyunun 20-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib.

Mütəxəssislərə görə, “Mülki Müqavilə” partiyası (lideri - Nikol Paşinyan), “Hayastan” bloku (Robert Koçaryan), “Şərəfim var” bloku ( Artur Vanetsyan) və “Çiçəklənən Ermənistan” partiyasının (Qaqik Tsarukyan), həmçinin “Maariflənmiş Ermənistan” (Edmon Marukyan) və “Erməni Milli Konqresi”nin (Levon Ter-Petrosyan) parlamentə daxil olmaq şansı var.

Dövlət televiziyasında təşviqat kampaniyası üçün partiyalara və bloklara ödənişsiz 30 dəqiqə, ödənişli 60 dəqiqə, dövlət radiosunda isə ödənişsiz 60 dəqiqə, ödənişli 90 dəqiqə vaxt ayrılacaq.

Qeyd edək ki, Ermənistanda seçicilər reyestrinə daxil olan ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.



Xəbər 1996 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +