Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


02.03.2021  10:23 

Müxalifət liderlərindən Paşinyanın mitinqinə reaksiya





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyanın dünən İrəvanda keçirdiyi çoxminlik mitinq Azərbaycanda da yaxından izlənilir. Ölkənin politoloqları ilə yanaşı, müxalifət liderləri də Ermənistandakı proseslərə şərh verib.
XəzərNews.az xəbər verir ki, Real partiyasının sədri İlqar Məmmədov bildirib ki, hakimiyyətə konstitusion mövsümdən kənarda, seçkisiz, "prosto" meydanlardan gələnlər Paşinyanın bacardığını ömründə bacarmazdılar:

“Hətta müharibəni fəlakətli şəkildə uduzandan sonra adam indiyə qədər dirənə bilib. Konstitusion mövsümün yenisi Ermənistanda hələ başlamayıb deyə, Köçəryan nə küçəyə çox sayda adam çıxara bilir, nə də ordunu istədiyi qədər işə qoşa bilir. İndi Köçəryan gərək qanunu kobud şəkildə poza ki, Paşinyanın partiyası hakimiyyətdən gedə”.

AXCP sədri Əli Kərimli isə qeyd edib ki, bu mitinq erməni xalqının kapitulyasiya ilə razılaşması deməkdir: “Bu mitinq təkcə Paşinyana dəstək mitinqi deyil. Bu mitinqdəki kütləvilik həm də o deməkdir ki, erməni xalqı 10 noyabr atəşkəs razılaşmasından prinsipcə razıdır. Bundan artığını əldə edəcəyini düşünmür. Xalq olaraq şüuraltında qəbul edib ki, məhz biz azərbaycanlılar bu münaqişədə haqlı və güclü tərəfik. Erməni xalqı 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezib və bu yükdən qurtulmaq istəyir. Azərbaycanla yeni savaş, revanş istəmir. Revanş və yeni savaş istəyinin sifarişi xaricdən gəlir və korrupsioner köhnə erməni hakimiyyətinin qalıqları tərəfindən dəstəklənir.

Hətta Cənubi Qafqazda Rusiyadan ən asılı ölkə olan Ermənistanda da xalq Rusiyanın forpostu olmaqdan yorulub, Qarabağ buxovundan qurtarıb Avropaya inteqrasiya olunmaq istəyir. Erməni xalqı hərbi revanş, Rusiya ilə sıx birlik təklif edən, yaxşı tanıdığı keçmiş korrupsionerləri bir də hakimiyyətə buraxmaq istəmir”.

Müsavat partiyasının başqanı Arif Hacılı isə məsələyə bir cümlə ilə reaksiya verməklə kifayətlənib: “Daha bir postsovet ölkəsi Rusiya əsarətinə yox deyir”.

Xəbər 2822 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +