Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


25.06.2017  11:18 

Füzulidə kənd təsərrüfatı sahəsində daha bir YENİLİK - Fotolar





A+  A-

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib.
XəzərNews.az xəbər verir ki, Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, məcburi köçkünlərin məskunlaşdıqları Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan Üçüncü Zobucuq qəsəbəsi ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yarmarkanın açılış mərasimində iştirak edib.

Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 1362 kv.m olan kənd təsəürrafatı məhsullarının satış yarmarkasında 22 qapalı ticarət koşkü və ərzaq məhsullarının saxlama anbarı vardır. Yarmarkada rayon sakinlərinin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılmışdır. Alıcı və satıcılar üçün normal şərait yaradılan yarmarkada 30 nəfər işlə təmin olunacaqdır. Yarmarkanın ərazisində ağac və gül kolları əkilib, abadlıq işləri görülüb.

Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Alı Alıyev respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib. Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







Xəbər 2077 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +