Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?


06.06.2017  18:32 

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
XəzərNews.az-a daxil olan məlumata görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında http://eservices.dim.gov.az/netmag2 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qarfik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 9503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Xəbər 1501 dəfə oxunub.



16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +