Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?


09.04.2025  10:10 

İran üçün Türkiyə İsraildən daha təhlükəlidir





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir. M.Əhmədoğlu bu günkü təqdimatında İran-ABŞ, İran-Türkiyə-İsrail və İran-Ermənistan münasibətlərinə aydınlıq gətirir. M.Əhmədoğlunun verilişdə səsləndirdiyi fikirlərin qısa tezislərini təqdim edirik:

- İran-ABŞ danışıqları İran xarici işlər naziri Cavad Zərif və ABŞ Dövlət Katibi C.Kerri tərəfindən hazırlanmış paradiqma üzrə davam edir.

Bu paradiqmada müəyyən yenilənmələr var və bu yenilənmələr də məcburdur. Paradiqmanın əsas elementi İran ABŞ-ın region üzrə canişini olur. Bunun üçün İran bütün təhlükəli silahlarından imtina edir. ABŞ İslam inqilabı qurularkən hərbçilərini ABŞ-ın nəzarətinə vermək öhdəliyi götürmüşdü. O öhdəlik bərpa olunur. Müzakirəsi başa çatmamış və ya böyük mübahisə doğuran İranın canişinlik arealı idi.

İran Türkiyə və ərəb ölkələri üzərində birmənalı canişinliyi istəyirdi. ABŞ Türkiyə və ərəb ölkələri üzərində İranın canişinliyinə o qədər də razı deyildi, Rusiya və Çinin üzərində canişinliyinə daha çox tərəfdar idi. Sonradan ərəb ölkələri ilə ABŞ-ın münasibətlərində keyfiyyət mərhələsi baş verdi. Ərəblər İsraillə “İbrahim müqaviləsi”ni razılaşdırdılar.

Türkiyə hazırda Suriya üzərində ABŞ-ın proqramlarını reallaşdırır və areal müəyyən olunan kimi İranla ABŞ arasında nüvə sazişi imzalanacaq. İran Türkiyə və Rusiya üzərində canişinlikdə irəliləyiş əldə edə biləcək.

Ən böyük mübahisəli Çindir. Əvvəlki danışıqlarda İran Çindən ciddi çəkinirdi. İndi də Çin İranın böyük neft alıcısıdır. Çinə ABŞ-ın da münasibəti dəyişib. D.Tramp hökumətinin bütün parametrlər üzrə rəqibi Çin dövlətidir. Çin mövzusunda İran və ABŞ razılığa gələ bilməsələr, ola bilər məhz bu parametr üzrə ABŞ İrana hücum etsin. İranın region ölkələri ilə etnik, dini münaqişəsi var. Farsın ərəb, türklə münaqişəsinin tarixi hətta İslamdan əvvələ gedib çıxır.

Rusiyanı İran özü üçün çox böyük düşmən kimi görür. Qəzza müharibəsi başlayandan iki ay sonra İranın Türkiyəyə apardığı siyasət İsrail və ABŞ-a qarşı apardığı siyasətdən fərqlənmədi. Rusiya iki dəfə eks-prezident İ.Rəisiyə İranın İsrailə hücuma keçməsin təklif etdi. Bu zaman Rusiya onu dəstəkləməli idi. İran razılıq versə də sonradan bundan imtina etdi.

İran ali rəhbərinin ən çox xoşladığı misal “Türkiyənin Osmanlı və çar Rusiyanın İranın daxilindən qovulmasıdır”. Bunu da təbrizlilərin adı ilə bağlayır, “azərbaycanlı” termini işlətmir. İran tamamilə yeni yoldadır. Ətrafındakı ərəb dövlətləri və Türkiyənin birgə reaksiyasının olub-olmayacağı vacibdir. Vacib İranın anti-Rusiyaçılığının Kreml tərəfindən başa düşülməsindən sonra baş verəcəkdir.






Xəbər 2831 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +