Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


28.10.2023  13:03 

İsmayıllıda insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib -FOTO





A+  A-

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya Kollecində tədbir həyata keçirib.

Xəzərnews.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya Kollecində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, İsmayıllı Payon Polis Şöbəsinin əməkdaşı-polis mayoru Rahim Orucov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Dövlət Humanitar və Texnolgiya Kollecinin əyani şöbə müdiri Elmir Ağayev və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alveriniə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Tələbələrin sualları İbrahim Əhmədov tərəfindən cavablandırılıb.

Sonda İsamayıllı RPŞ-nin əməkdaşı polis mayoyoru Rahim Orucov bu çür çox əhəmiiyətli maarifləndimə tədbirin keçirilməsinə görə İbrahim Əhmədova və Mahirə Əmirhüseynovaya təşəkkürünü bildirərək, bu istiqamətli lahiyələrin gənclərin gələcəklərinin formalaşmasında, inkişafında mühüm əhəmiyyətli olduğunu qeyd edib və belə maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb. Belə tədbir və lahiyələrin təhsil ocaqlarında mütəmadi keçirilməsini məqsədəuyğun olduğunu və tələbələrlə bu məsələlərə çox ciddi diqqət yetirmələrini, xoşagəlməz halların qarşısını almaq üçün lazım olan təqdirdə nümayəndələrin verdiyi nömrələrlə əlaqə saxlamağı tövsiyə etdib.






Xəbər 1500 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +