Netanyahudan qalmaqallı açıqlama: Osmanlı İmperiyası...
“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb


14.07.2021  12:17 

“Yaralandığını gizlətmişdi...” - Polad Həşimovun xanımı ilə müsahibə





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəhid olduğu gündən 1 il ötür.
XəzərNews.az şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanovanın ötən ilin iyul ayında “Real TV”nin “Profil” verilişinə verdiyi müsahibəni təqdim edir:

“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim, belə insanlar yoxdur, yaşamır. Onunla 17 il bir yerdə yaşadım. Gördüm ki, o, həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi.

Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o, yoxdur. Hamısında biz təkik. Çünki o, ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.

Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:

“Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o, mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi.

Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.

Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O, həmişə əsgərlərinin yanında olub”.

O. Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:

“Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib, mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.

Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:

“Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki, Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.




Xəbər 7194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.06.2025  12:20 

Sabahın havası açıqlandı

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +