Raqif Abbasov 17 ildə büdcəni belə “yeyib” - Təfərrüat
İsrail növbəti dəfə Ərdəbilə hücum edib
“RR Constructions“ MTK-nın tikdiyi istinad divarı uçub
Onlarla şirkət Rusiyanı tərk edir
Tramp İranla müharibəyə başlayır - 48 saat ərzində qərar veriləcək
Bakıda yağış yağacaq
Ağciyər Xəstəlikləri İnstitutunda faciə
SEPAH-ın Təbrizdəki ballistik raket bazası məhv edildi
Partlayış səsləri ilə əlaqədar təşvişə düşməyin - Çağırış
Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi


06.11.2020  16:10 

Birdəfəlik ödənişlə bağlı nazirlikdən açıqlama





A+  A-

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti sosial dəstək tədbirinin icrasına başlanır. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək. Bu barədə Nazirlər Kabinetinin müvafiq Qərarı da qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.



Xəbər 3533 dəfə oxunub.




18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?

17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +