İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb


26.05.2025  16:39 

Toylardan alınan insafsız pullar mügənniləri qudurdub...





A+  A-

Dostlar, sizi bilmirəm, amma mən məlum müğənni Röya Ayxanın məşhur kino-rejissor Ayaz Salayevə meydan oxumasını başqa cür dəyərləndirə bilmirəm. Hesab edirəm ki, Azərbaycanda israfçı toylar, toylardan alınan insafsız pullar bizim mügənniləri qudurdub...

Yaxşı, nə baş verir, nə olub?! Fransanın Kann şəhərində növbəti beynəlxalq kino-festival keçirilir və mügənni Röya Ayxan hansısa qurumun sponsorlugü ilə bu tədbirdə iştirak edir.

Qeyd etmək lazimdır ki, kino-festival Röya Ayxana rəsmi dəvət göndərməyib və ona "Azərbaycanın Mədəniyyət səfiri" adı verməyib. Kann festivalınin belə bir ad vermək səlahiyyəti də yoxdur...

Kino-rejissor Ayaz Salayev bu həqiqətləri dilə gətirib və qeyd edib ki, "Kann kino-festivali açıq tədbirdir və burda istənilən adam iştirak edə bilər. Mən şəxsən 100 dəfə iştirak etmişəm. "Azərbaycanın Mədəniyyət səfiri" adının da bu tədbirə heç bir dəxli yoxdur." Mügənni Röya Ayxan da yumub ğözünü, açib ağzını, atası yaşında mədəniyyət xadimini "olü", özunü isə "olü dirildən" adlandırıb...

Və son olaraq.

Ayaz Salayev özunü təsdiq etmiş, Azərbaycanın xaricində taninan beş-üç kino-rejissordan biridir. Bəs, Röya Ayxan kimdir, onu Azərbaycandan kənarda, obrazlı desək, Biləcəridən o yanda tanıyan varmı?!

Qalib ARİF

Xəbər 2190 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +