Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


21.10.2020  14:28 

“Koronavirus cəbhə tanımır, ön cəbhəyə keçə bilər...”





A+  A-

“Koronavirus cəbhə tanımır, çox asanlıqla ön cəbhəyə keçə və bizim uğurlu işimizə problem yarada bilər”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, Azərbaycanda koronavirusa yoluxma statistikasında artımın baş verməsinin əsas səbəblərindən biri vətəndaşların karantin davranışlarına əməl etməməsidir:

“Son vaxtlar Vətən savaşı ilə əlaqədar da bu məsələ bir qədər arxa plana keçib. Vətəndaşlar məsuliyyət nümayiş etdirməlidirlər. Koronavirusun arxa cəbhədə bu şəkildə yayılması o deməkdir ki, virus çox asanlıqla ön cəbhəyə keçə bilər. Biz dövlət olaraq çox həyati vacib məsələ ilə məşğuluq. Bu gün vətəmizin torpaqlarının işğaldan azad olunması məsələsi gündəmdədir və hər kəs bu məsələdə çalışır ki, öz töhfəsini versin. Buna ən böyük töhfə isə vətəndaşların məsuliyyətli olmasıdır”.

A.Qeybulla bildirib ki, qapalı mühitdə az olmaq, məsafə gözləmək, maska taxmaq, əlləri dezinfeksiya etmək son dərəcə vacibdir.

Xəbər 3702 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +