Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı
Dövlət qurumlarının qaynar xətlərini “isti vurub”? - Video
Minaya düşən hərbçi ilə bağlı məlumat... - Rəsmi
Aida Tağızadə vəfat etdi
Təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Avtomobil nömrələrini gizlədənlərə xəbərdarlıq
Ağalarovlar ailəsinə qarşı cinayət işi başlana bilər
“Azərterminalkompleks“ Birliyində ixtisarlar başlayır


05.08.2025  12:03 

Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı





A+  A-

Baker Tilly International iqtisadçı Fərhad Pərvizini şirkətin Azərbaycan filialında (Baker Tilly Azerbaijan) tutduğu Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktor vəzifəsindən azad edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a jurnalist Tunay Əliyeva bildirib.

Onun sözlərinə görə, bu qərar təkcə korporativ məsuliyyət deyil, həm də cəmiyyətin sağlam gələcəyi üçün atılmış cəsarətli və prinsipial mövqedir.

Tunay Əliyeva şirkətin rəhbəri Francesca Lagerberg başda olmaqla bütün komanda üzvlərinə təşəkkür edib. O, bu mövqenin minlərlə qadın üçün önəmli mesaj olduğunu vurğulayıb.

Məsələ ilə bağlı “Baker Tilly International” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq şöbəsinin əməkdaşı Bakupost.az-a açıqlamasında bildirdi ki, şirkət daxilindəki prosedurların paylaşılmamasına məsul olduqları üçün bu barədə məlumat verə bilməzlər:

“Özünüz görürsüz ki son zamanlar sosial şəbəkələrdə nələr baş verir. Şirkət tərəfindən verilən hər hansı bir məlumat təhrif olunmuş şəkildə paylaşıla bilər deyə biz daxili siyasətimizə əsaslanaraq paylaşmamağa qərara gəldik. Bu müddət ərzində sizdən əlavə şirkətə çox sayda zənglər və sorğular gəlib. Biz qərara gəlmişik ki, heç bir zəngə, heç bir müraciətə cavab verməyək".

Məsələyə aydınlıq gətirmək üçün Fərhad Pərvizi ilə də əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmalıdır:

“Bu barədə şirkət rəhbərliyi sizə məlumat verəcək.”

Fərhad Pərvizi ilə söhbət zamanı şirkətlə artıq əlaqə saxladığımızı bildirdikdə isə o, belə cavab verdi:

“Yəqin ki, bunun bir səbəbi var, ona görə də məlumat verilmir. Mən də bu məsələ ilə bağlı müqavilə şərtlərimə əsasən, şirkətin xəbəri olmadan açıqlama verə bilmərəm”.

Bununla belə Fərhad Pərvizi sosial şəbəkə hesabındakı iş məlumatlarında “Baker Tilly International”dakı işindən ayrıldığını təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl bir qrup feminist qadın “Baker Tilly International”ın rəhbərliyinə müraciət edərək, şirkətin Azərbaycan nümayəndəliyində çalışan Fərhad Pərvizin Mədəniyyət TV-də qadınlara qarşı səsləndirdiyi ifadələrə görə ciddi ölçü götürülməsini tələb etmişdi. Onlar Fərhad Pərvizinin bu fikirlərinin artıq şəxsi yox, şirkətin nüfuzuna xələl gətirən mövqe olduğunu qeyd etmişdilər.



Xəbər 200 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +