Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


22.03.2022  21:15 

Azərbaycan sərhəddə “gecələyən” vətəndaşlarına niyə sahib çıxmır? - Fotolar





A+  A-

Artıq 12-13 gündür Azərbaycan-Rusiya sərhəddinin Rusiya tərəfində, daha dəqiq desək, Dağıstanda 700-dən çox azərbaycanlı Vətənə keçmək üçün çabalayır. Onların arasında qocalar, qadınlar və uşaqlar çoxluq təşkil edir. Bəziləri müvəqqəti yaşadıqları Rusiyanın müxtəlif şəhərlərindən Novruz bayramı ilə əlaqədar Vətənə qonaq gəlir, bəziləri isə 10-15 günlük qonaq getdikləri Rusiyadan geri qayıdırlar.

Amma qayıda bilmirlər. İddia etdiklərinə görə, Azərbaycan onları qəbul etmir. Günlərdir Dağıstanda – sərhəddin bir addımlığında yeməkxananın bir hissəsini özlərinə məskən seçiblər. Elə bu gün-sabah keçəcəksiniz vədlərinə aldana-aldana Novruz Bayramını da orda qarşılayıblar.

Azərbaycana keçmək istəyən insanlardan biri də Əli Axundovdur. Soydaşımız XəzərNews.az-a açıqlamasında bildirib ki, artıq 14 gündür sərhəddədir:

“Biz martın 12-nə təyyarəyə bilet almışdıq. Uçuşa 3-4 gün qalmış reyslər ləğv edildi. Biz də quru yolla gəlməyə qərar verdik. Novruz bayramını ailəm – uşaqlarımla keçirmək istəyirdim. Mən və qardaşımın yoldaşı 2 yaşlı körpə ilə 14 gündür gözləyirik. Konkret bir söz deyən yoxdur, amma deyirlər gözləyin, keçəcəksiniz, biz də gözləyirik, pulumuz da qurtarıb, geri qayıda da bilmirik”.



Ə.Axundov qeyd edir ki, əgər əvvəlcədən “keçid olmayacaq, burda qalmayın”, - deyilsəydi bu qədər gözləməzdik:

“Sadəcə bizi aldadırlar. Çox maraqlıdır ki, Rusiya tərəfi buraxır, hətta bir neçə nəfəri buraxdı da, Azərbaycan tərəfi isə dərhal geri qaytardı. Elə adamlar var pulları qurtarıb, yemək-içmək, siqaret almağa belə imkanları yoxdur”.

Ə.Axundov bildirir ki, vəziyyətin acınacaqlı olduğunu görən Rusiyta tərəfi sərhəddə fəaliyyət göstərən yeməkxananın bir hissəsini azərbaycanlılar üçün sığınacaq yeri edib:

“Burda şərait ürəkaçan olmasa da yenə sağ olsunlar. İnsanlar divar dibində gecələyirdilər. Vəziyyəti belə görən Rusiya tərəfi bu şəraiti yaratdı, özümüzünkülər isə Vətənin qapılarını üzümüzə bağlayıblar”.

Ə.Axundov ümidlərinin üzüldüyünü və artıq geri qayıtmaq istədiklərini bildirib:

“Gələnlərin bir hissəsi artıq geri - Rusiyaya qayıdır. Bizə də söz veriblər ki, martın 22-23 buraxılış olacaq. Keçə bilməsək yəqin ki, biz də qayıtmalı olacağıq”.



Qeyd edək ki, bu günlərdə hökumətin parlamentdə hesbatı zamanı millət vəkili Razi Nurullayev Baş nazir Əli Əsədova müraciət edərək Rusiya sərhəddində keçid gözləyən ölkə vətəndaşlarının problemlərini həll etməsini xahiş etmişdi.

Yusif Xəzər


Xəbər 3715 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +