Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilibmiş
Sabah hava yağışlı olacaq
İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq


07.09.2020  15:19 

Azərbaycanla Türkiyə razılığa gəldi





A+  A-

Türkiyə mətbuatı İstanbulda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşünün detallarını açıqlayıb.
XəzərNews.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Fəxrəddin Altun və Hikmət Hacıyev təkbətək görüşdən sonra iki ölkənin media və rabitə qurumlarının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə nümayəndə heyətləri arasında baş tutan görüşə rəhbərlik ediblər. Həm Türkiyə, həm də Azərbaycanın həyati maraqları və mövcudluğuna yönəlik müxtəlif təhdidlərlə qarşılaşdığına diqqət çəkən Altun bu hücumların türk millətinə və türk topluluğuna qarşı olduğunu qeyd edib.

Türkiyə ilə Azərbaycanın “iki dövlət, bir millət” şüarıyla hərəkət etdiyini bildirən Altun Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu anlayışın sadəcə sözlərdən ibarət olmadığını bütün dünyaya göstərdiyini vurğulayıb: “Bu qardaşlığı son illərdə artan iş birliyi ilə taclandırdıq. Xüsusilə İctimaiyyətlə Əlaqələr İdarəsi səlahiyyətinə aid olan bütün məsələlərdə Azərbaycanla daha sıx əməkdaşlıqda olmaq istəyirik”.

Beynəlxalq və regional mövzularda qarşılaşdıqları fürsət və çətinliklər qarşısında iki ölkənin birlik və həmrəyliyini ən yüksək səviyyədə qoruyacağını söyləyən Altun, “Beynəlxalq nizamın dağılmaq üzrə olduğu və hər sahədə olduğu kimi yeni dünya nizamının hələ qurulmadığı bu xaos və təlatüm mühitində kommunikasiya sahəsində yalnız birlikdə qalib gələ bilərik. Prezidentimizin Bakı səfəri zamanı təməlini qoyduğumuz yeni əməkdaşlıqları konkret addımlara çevirmək istəyirik. Qlobal şərtləri nəzərə alaraq bunun bir seçim deyil, bir öhdəlik olduğu başa düşüləcək”,-deyə sözlərinə əlavə edib.

Türkiyə ilə Azərbaycan arasında media, rabitə və xalq diplomatiyasında iş birliyinin inkişaf etdirilməsinin həyati bir məsələ olduğunu ifadə edən Altun, milli və beynəlxalq cəmiyyətə məlumatların sürətli çatdırılmasından məlumatların təhrif olunması, yalan xəbərlər və dezinformasiyaların yayılmasına qarşı mübarizəyə qədər geniş sahədə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın həyata keçiriləcəyini bildirib. Altun, “Bu baxımdan Türkiyə-Azərbaycan Media Platformasını qurmaq üçün razılığa gəldik. Bu platforma sayəsində iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsini, ictimaiyyətin məlumatlandırılması mövzusunda effektiv fəaliyyət göstərməsini, xüsusən də sosial media tərəfi ilə ortaya çıxan xarici qara təbliğatla mübarizə mövzusunda ortaq strategiyaların yaradılmasını qiymətləndirdik”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə iqtisadiyyatının xarici siyasətinə qədər bütün sahələrdə qazanılan uğurların Azərbaycanı da xoşbəxt etdiyini bildirərək, “Məqsədimiz qardaşlığımızı daha da inkişaf etdirmək və gücləndirməkdir”,- deyə qeyd edib.

H.Hacıyev televiziyadan kino sahəsinə qədər bütün sahələrdə ortaq layihələrin yaradılması, peşə təhsili ve inkişaf proqramlarının hazırlanması, texnologiya ve təcrübələrin paylaşılması ilə birlikdə iki ölkəyə qarşı aparılan qara kampaniyalarla mübarizə məsələlərində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən məmnun olduğunu bildirib.



Xəbər 3320 dəfə oxunub.




13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü

13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi


BÜTÜN XƏBƏRLƏR +