Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq


20.07.2018  16:09 

Ramiz Əzizbəyli: “Heç kimdən heç nə gözləmirəm”





A+  A-

Bu gün Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Xalq artistimizin 70 yaşı tamam olur.
XəzərNews.az bildirir ki, Modern.az saytı doğum günündə yubilyarla əlaqə saxlayaraq, təəssüratlarını öyrənib.

“70-ci ömrü qarşılamağı Tanrı mənə nəsib etdi. Nə deyə bilərəm ki! Baxmayaraq ki, bu gün mənim özəl günümdür, amma xalqıma rahat və firavan həyat arzulayıram. Təbii, deyə bilmərəm ki, səhhətimdə hər şey qaydasındadır. Amma içimdən gələn səs bunları deyir. “Əlayam”, “əlayam”, “əlayam””.

Xalq artisti doğum günündə ona edilən təbrikləri də dilə gətirib.

“Artıq dünən axşamdan yaxın dostlar zəng edib xoş sözlərini deyirlər. Hətta, sadiq tamaşaçılar var ki, onlar da bu günümdə məni unutmayıblar. Hamı çox sağ olsun. Millətimin qadasını alım, başına dönüm. Tanrı hər birinə yar olsun”.

“70 illik yubileyinizdə gözlədiyiniz nəsə varmı” sualına Ramiz Əzizbəyli özünəməxsus tərzdə cavab verib.

“Düzünü desəm, heç kimdən heç nə gözləmirəm. Kimlərsə nəsə versə, alaram, əllərini geri qaytarmaram. Amma verməsələr də sağ olsunlar. Əsas odur ki, həyatın mənasını anlaya bilək. Qalanı boşdur”.

Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasının çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.

R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Xəbər 3617 dəfə oxunub.



25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +