Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı
Afaq Bəşirqızı təltif edildi


14.03.2018  15:37 

Qalmaqallı “Orfoqrafiya lüğəti” mayda nəşr olunacaq





A+  A-

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaratmışdı.
Orfoqrafiya komissiyasına akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Bundan başqa, Orfoqrafiya komissiyasının ölkə miqyaslı əhəmiyyəti nəzərə alınaraq, quruma Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib.

XəzərNews.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı artıq mütəxəssislərin ixtiyarına verilib.

“Hazırda müzakirələr aparırıq. Yeni “Orfoqrafiya lüğəti” nəşr edəcəyik və həmin lüğətdə həmin sözlərin qarşılığı göstəriləcək. Sadəcə olaraq bəzi sözlər öncə ümumxalq müzakirəsinə çıxarıldı. İndi isə mütəxəssislərin ixtiyarına verilib. Yeni sözlərin qarşılığı müəyyənləşdiriləcək. Hələ ki müzakirələr gedir”.

Sayalı Sadıqova “Orfoqrafiya lüğəti”nin nə vaxt nəşr olunacağını da bildirib.

“Bizdə 9 bölmə var ki, orada müxtəlif sahələr mövcuddur. Hər sahənin öz mütəxəssisi var. Həmin bölmələrdə həmin sözlər müzakirə olunur. Sonda isə onların hamısı bir yerə toplanıb lüğət kimi nəşr olunacaq. Güman ki, həmin “Orfoqrafiya lüğəti” mayda nəşr olunmağa başlayacaq”.

Xəbər 3062 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +