Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


24.02.2018  20:36 

Jurnalistin maşınının buferini oğurladılar - “Jurnalist Binası”nda - Foto





A+  A-

“Jurnalist Binası” kimi tanınan Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında növbəti oğurluq hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, bu dəfə oğrular jurnalist Elçin Bayramlının köhnə “Mersedes” markalı avtomobilinin qabaq buferinin bir hissəsini söküb aparıblar.
E.Bayramlı bildirib ki, avtomobilini düz blokun qarşısında saxlayır: “Polisə müraciət etmədim, çünki əlavə vaxt itkisi və başağrısından başqa heç bir mənası yoxdur. Binada da nə mühafizəçi var, nə həyətin düz əməlli işıqlandırması, nə də kamera. Yalnız bir kamera var, o da blokun giriş qapısını çəkir”.
Qeyd edək ki, “Jurnalist Binası”nda hər ay ən azı 1-2 oğurluq hadisəsi baş versə də cinayətkarların tapılması müşkülə çevrilib. 20 gün əvvəl digər bir jurnalist Ağanisə Sultanovanın evinə girərək pul və qızıllarını aparıblar.

Xəbər 3220 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +