Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı
Afaq Bəşirqızı təltif edildi
Sabah hava necə olacaq?
Narkotik satan qardaşlar tutulub
Salyanda kişi keçmiş arvadının başını betonla əzdi
Paşinyan Bakının tələbini qəbul etdi
Rusiyaya dron hücumu edilib


18.05.2017  14:23 

Azərbaycanda avtomobillərin qiyməti niyə qalxır?





A+  A-

“Azərbaycanda avtomobil bazarında müşahidə edilən çöküş əvvəlki aylarda olduğu kimi davam edir”.
Bu haqda məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, yaxın vaxtlarda bu sahədə hansısa irəliləyişin əldə olunacağı gözlənilmir:

“Dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Son 1 ildə xüsusilə ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir.

R.Osmanlı avtomobil bazarında müşahidə edilən mənfi tendensiyanı həm də əhalinin alıcılıq qabailiyyətinin aşağı düşməsi ilə əlaqələndirib:

“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb. Həm də əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.

(modern.az)

Xəbər 3419 dəfə oxunub.




14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub

14.08.2025  10:34 

Rusiyaya dron hücumu edilib


BÜTÜN XƏBƏRLƏR +