Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb
“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?


06.11.2019  14:26 

Kürdəmirdə “Zobu” ləqəbli oğru tutuldu





A+  A-

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin XəzərNews.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən, "Zobu" ləqəbli 40 yaşlı Zahid Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 2980 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +