Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.12.2021  10:50 

Polis HAVA xəbərdarlığı etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

XəzərNews.az xəbər verir ki, sürücülər hazırda müşahidə olunan yağıntılı hava şəraiti və verilən proqnozları nəzərə almalıdırlar:

“Habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”.



Xəbər 3056 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +