Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


02.07.2025  14:32 

Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb





A+  A-

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli-miqdarda rüşvətalma və qanunsuz sahibkarlıq fəaliyyətində iştirak maddələri ilə ittiham irəli sürülüb.

XəzərNews.az-ın "Armenia Today" portalına istinadən xəbərinə görə, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.

İstintaqla müəyyən edilib ki, Sarkisyan müdafiə naziri, Baş nazir, prezident və yenidən hökumət rəhbəri vəzifələrində işlədiyi 2000-2018-ci illər arasında dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qoyulan qadağalara baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə etibar etdiyi şəxslər vasitəsilə kommersiya subyektləri təsis edib.

Bu müəssisələr arasında Ararat vilayətində yerləşən və xarici investisiyalar hesabına inşa edilən bitum zavodu da olub.

O da bildirilib ki, artıq cinayət işi baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.

Xəbər 365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +