Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


19.10.2023  19:19 

Şeyx Erməni katolikosunun yalanını necə ifşa edib?





A+  A-

Erməni katolikosu II Qaregin Dünya Kilsələr Şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərib.

Xəzərnews.az xəbər verir ki, bunu Misirdə işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 19-da bu ölkənin Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşdə deyib.

QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporu və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya Kilsələr Şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırıb.

O, erməni təcavüzünün ağır nəticələri, 30 il erməni işğal altında olunmuş ərazilərimizdə törədilən vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verib.

Şeyxülislam xüsusi olaraq qeyd edib ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Xəbər 6968 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +