Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi


10.04.2021  09:03 

Myanmada etiraz aksiyalarında ölənlərin sayı 600-ü ötdü





A+  A-

Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 614-ə çatıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının hazırladığı məruzədə deyilir.

Təkcə son sutka ərzində etiraz aksiyalarının dağıdılması zamanı 16 nəfər həlak olub.

İndiyədək 500 nəfərin barəsində həbs orderi çıxarılıb.

Bununla yanaşı, “Myanmar Now” və “The Irrawaddy” nəşrlərinin məlumatına görə, bu günlərdə Saqayn əyalətinin Taze şəhərində etirazçılarla hərbçilər arasında silahlı toqquşma baş verib. Hərbçilər etirazçılara qarşı döyüş güllələrindən istifadə edib, sonuncular isə hərbçilərə bıçaq və əldəqayırma partlayıcılarla hücum edib. İnsident nəticəsində 11 etirazçı həyatını itirib, hərbçilərin arasında qurbanların olması barədə məlumat yoxdur.



Xəbər 3351 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +