Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq


01.07.2025  10:11 

Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək





A+  A-

Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşağlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırıldı.

XəzərNews.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, qanunvericiliyə əsasən bu müavinət beşdən çox uşaqı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur:

"Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir".

Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çox uşaqlı ailə anlayışına yenidən baxılması və çox uşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır.

Xəbər 666 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +