Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı
Rəsmi Bakı İsrailin İrana hücumundan narahatdır
Rusiya İsrailin İrana zərbələrini əsassız adlandırdı


01.02.2023  11:56 

Zakir Həsənovla İsrailin müdafiə naziri nədən danışıb?





A+  A-

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbər 1120 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +