Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?


04.07.2020  12:10 

Özbəklər Rusiya-Qazaxıstan sərhədində toplaşdı





A+  A-

Rusiya-Qazaxıstan sərhədindəki “Maştakovo” və “Saqarçin” keçid məntəqələrinin yaxınlığında yenidən Özbəkistan vətəndaşlarının toplaşması müşahidə olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, Özbəkistanın Moskva və Nur-Sultandakı Səfirlikləri, Kazan və Aktauda Baş Konsulluğu vəziyyəti nəzarətdə saxlayır, Rusiya və Qazaxıstanın səlahiyyətli orqanları ilə danışıqlar aparılır. Vəziyyət barədə məlumat Xüsusi Respublika Komissiyasına təqdim edilib.

Nazirliyin məlumatına görə, iyunun 1-dən etibarən Rusiyanın müxtəlif şəhərlərindən 25 çarter reysi təşkil edilib və bu həftənin sonunadək Novosibirsk, Kazan, Yekaterinburq, Moskva və Rostov-Don şəhərlərinə müntəzəm uçuşlar gözlənilir.

“Bununla əlaqədar olaraq, Rusiya ərazisindəki həmvətənlərimizdən Rusiya-Qazaxıstan dövlətlərarası sərhədi keçid məntəqələrinə getməyə cəhd göstərməmələrini, mövcud yaşayış yerlərində qalmalarını və bütün karantin tədbirlərinə ciddi əməl etmələrini xahiş edirik”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bundan öncə də Samara və Orenburq bölgələrində bir neçə yüz Özbəkistan vətəndaşı toplaşmışdı. Rusiyanın müxtəlif bölgələrindən gələn insanlar vətənlərinə qayıtmaq üçün Qazaxıstan ərazisindən dəhliz yaratmağı tələb etmişdilər. Bununla əlaqədar olaraq, Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya və Qazaxıstanın səlahiyyətli orqanları ilə birlikdə 1500-dən çox soydaşın avtobusla vətənlərinə gətirilməsini təşkil etmişdi.

Xəbər 3273 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +