Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


30.06.2020  16:21 

ABŞ Türkiyədən “C-400” almaq istəyir





A+  A-

ABŞ Türkiyədən “C-400” rus zenit raket sistemlərini almaq istəyir. Bu alqı-satqı Ankaraya Amerikanın “F-35” qırıcılarının hazırlanması proqramında iştirakını təmin edə bilər.
XəzərNews.az xəbər verir ki, belə bir təkliflə ABŞ konqresində 2021-ci ildə ölkənin milli müdüfiəsi üçün büdcənin ayrılması qanun layihəsinin müvafiq dəyişikliyi zamanı respublikaçı senator Con Tyun çıxış edib. Konqresin digər üzvü Cim Riş isə qanun qüvvəyə mindikdən 30 gün sonra Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını təklif edib.

Türkiyənin ən son “C-400” rus raket sistemini almaq istəməsi hələ 2019-cu ilin iyulundan Ankara və ABŞ arasındakı münasibətlərin pozulmasına səbəb olub. Vaşinqton Türkiyədən alqı-satqıdan imtina etməyi, əvəzində isə Amerikanın “Patriot” komplekslərini almasını tələb etmişdi. Əks halda ABŞ Türkiyəyə “F-35” qırıcılarını satmayacağını, həmçinin ona qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Ankara güzəştə getməyərək “C-400” raketlərinin əlavə partiyasının alınması istiqamətində danışıqları davam etdirmişdi.

Türkiyənin Rusiya istehsalı olan “C-400” raketlərini alması ilə bağlı razılaşma 2017-ci ilin sentyabrında bağlanıb. Raketlərin Türkiyəyə gətirilməsi isə 2019-cu ilin iyulundan başlayıb. Həmin ərəfədə Vaşinqton “F-35” qırıcılarının imkanlarının kənara sızması ehtimalını nəzərə alaraq, bu texnikanı Ankaraya göndərməkdən imtina edir. Türkiyəyə ümumilikdə 100-dən artıq qırıcı təyyarənin göndərilməsi nəzərdə tutulmuşdu.

ABŞ bu vaxta qədər “F-35” qırıcı təyyarələri ilə bağlı təhdidini həyata keçirsə də, digər sanksiyaları tətbiq etməmişdi.

Xəbər 1861 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +