İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


17.10.2019  15:41 

Trampın Ərdoğana təhdid məktubu üzə çıxdı





A+  A-

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyənin Suriyanın şimalında “Sülh Çeşməsi hərəkatı”na başladığı 9 oktyabrda yazdığı təhdid dolu məktub ortaya çıxıb.
XəzərNews.az-ın xəbərinə görə, məktubu “The New York Times” nəşri əldə edib.

Amerika lideri məktubunda qeyd edib:

“Əziz cənab Prezident.

Gəlin yaxşı bir iş görək. Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz, mənsə Türkiyə iqtisadiyyatının dağıdılmasına görə məsuliyyət daşımaq istəmirəm və mən bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.

Mən bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məhv etmə. Siz möhtəşəm anlaşma əldə edə bilərsiniz. General Mazlum (PKK başçısı Abdullah Öcalanın mənəvi övladı, YPG qruplaşmasının liderlərindən biri olan “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahin.-red) sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç etmədikləri güzəştlərə hazırdır. Mən gizli olaraq ondan yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm.

Əgər bu işi düzgün və insani şəkildə etsəniz, tarix də sizi yaddaşlara həkk edər. Yaxşı hadisələr baş verməzsə, sizi hər zaman şeytan olaraq görəcəklər. Özünü sərt adam kimi göstərmə. Axmaqlıq etmə! Sənə daha sonra zəng edəcəyəm”.

Ağ Evin Mətbuat katibi Stefani Qrişem məktubun həqiqiliyini təsdiqləyib.



Xəbər 2085 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +