Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.07.2017  10:58 

Bu qurum AZAL-dan alındı





A+  A-

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb.

Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura “Azərbaycan Hava Yolları” və “BUTA AIRWAYS” sərnişin aviaşirkətləri, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, “Gəncə”, “Naxçıvan”, “Lənkəran”, “Zaqatala” və “Qəbələ” beynəlxalq havalimanları, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir.

Xəbər 3529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +