1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar


19.03.2024  18:03 

Ceyhun Bayramov Quo Minini qəbul etdi





A+  A-

Xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Xəzərnews.az-a verilən xəbərə görə, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıblar.

Ölkələrimiz arasında qarşılıqlı etimad və hörmət əsasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət, mədəniyyət, elm və təhsil, turizm, yüksək texnologiyalar və bir sıra istiqamətlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iki ölkənin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində Çin şirkətlərinin iştirakı üçün geniş potensial olduğu bildirilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və gələcək mötəbər tədbirlərdə ölkələrimiz arasında əməkdaşlıq üçün əlavə perspektivlər yarandığı qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Quo Minə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Xəbər 1642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular


BÜTÜN XƏBƏRLƏR +