Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Bakının mərkəzindən Hövsan kollektoruna uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Erməni əsirliyində olan azərbaycanlı
Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək
Novxanı işıqsız qalacaq
İsrail Netanyahunun Qəzza planını təsdiq etdi
Ali Radanın deputatı Zelenskini tənqid edib
Sabah Bakıda temperatur bir az da enəcək


07.08.2025  21:53 

Tovuzda 25 oğlan 11 yaşlı qıza seksual hərəkətlər edib





A+  A-

"Bir neçə gün bundan öncə Tovuz rayon (kəndin adını hələlik qeyd etmirəm) 11 yaşlı qız uşağına (ad, soyadı bizə məlumdur) qarşı 25 yaşlı həmkəndlisi tərəfindən (ad, soyadı bizə məlumdur) mütəmadi olaraq seksual hərəkətlər olunub".

XəzərNews.az xəbər verir ki, məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.

Jurnalistin açıqlamasını olduğu kimi təqdim edirik:

"...Sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da hər şey məlum olub!

Qeyd edək ki, uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub.

İş hazırda Tovuz Rayon Polis idarəsindədir. Uşağın yaxınları şəxsən mənə şikayət edib bildirirlər ki, 11 yaşlı qız tibbi ekspertiza olunsa da, rəyi heç kimə vermirlər.

Uşağın yaxınları adiyyatı qurumlardan - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən, Azərbaycan Respublikasının Baş Prokurorluğundan kömək istəyirlər.

11 yaşlı qız uşağının yaxınlarının dediklərinə görə, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır. Elə bu səbəbdən də polis tərəfindən şikayət əsasında saxlanılan bu oğlanın ailə üzvləri onun tezliklə evə buraxılacağını iddia edirlər.

11 yaşlı zərərçəkən üçün heç bir psixoloq dəvət olunmayıb. 25 yaşlı oğlanın etdiyi pisliklərin qarşısında yalnız üzr istənilməsi ilə kifayət edilib.

Üz tuturam aidiyyatı qurumlara, bu cinayət tək üzr istənilməklə kifayətlənirmi?
Cinayət Məcəlləmizdə bu kimi hadisəni törədənlər üçün hansı qanunlar var?"

Xəbər 366 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +