Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


06.04.2017  20:34 

Dünyada nə qədər ağac növü var?





A+  A-

Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurası (Böyük Britaniya) yer üzündə ağac növlərinin təxmini sayını müəyyən edib: 60 min. Müvafiq tədqiqat “Journal of Sustainable Forestry” jurnalında dərc olunub.
XəzərNews.az AzərTac-a istinadla xəbər verir ki, ən çox ağac növü (8715 vahid) Braziliyada, ən azı isə Şimali Amerikanın Arktika regionunda (1,4 min vahiddən az) bitir. Onların yarısından çoxu (58 faizi) dünyanın yalnız bir ölkəsində bitir və başqa ölkələrdə təsadüf edilmir. Alimlərin fikrincə, belə vəziyyət bitkilərin mövcudluğuna, məsələn, hava hadisələri və insan fəaliyyəti səbəbindən təhlükə yaradır.

Təxminən 300 ağac növünün kökü kəsilmək üzrədir, çünki nəsli kəsilməkdə olan hər bir ağacın populyasiyasının sayı 50 bitkidən çox deyil. Məsələn, Tanzaniyada cəmi 6 “Karomia gigas” adlı ağac bitir. Alimlər bu ağacların toxumlarını yığmağı planlaşdırırlar.

Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Nəbatat Bağları Şurasının mütəxəssisləri ağacların növlərinin sayını müəyyən etmək üçün təşkilatın 500 üzvündən alınmış məlumatlardan istifadə edib. Ekspertlər hesab edirlər ki, siyahının tərtib edilməsi nadir və nəsli kəsilməkdə olan növləri qorumağa kömək edəcək.

Azərbaycan nadir ağac və kol növlərinin vətəni sayılır. Qara cökə üçüncü dövrün qədim bitkisi kimi ölkəmizin meşələrinin nadir incisidir. Bu ağac Böyük Qafqazın cənubunda (Qəbələ rayonu), cənub-şərqində (Pirqulu, Şamaxı rayonu) daha çox yayılıb. Gecböyüyən, lakin uzunömürlü qaraçöhrə heç vaxt geniş əraziləri tutmayıb. Eldar şamının təbii vətəni Ceyrançöl dağətəyi zonasının Eldar düzüdür. Talış dağlarında üçüncü dövrün qədim və nadir ağacları – dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xurması, şümşad, Hirkan ənciri və ağcaqayını, başqa ağaclar bitir.

Xəbər 5365 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +