Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


06.07.2025  14:23 

Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?





A+  A-

Kipr, Ermənistan və Yunanıstan ittifaqı isə dağılır...

Qərargah rəisinin müavini general-leytenant Rahul R Sinq bu yaxınlarda təsdiqləyib ki, Türkiyə Hindistanla son döyüşlər zamanı Pakistana əhəmiyyətli səviyyədə dəstək verib. Onun sözlərinə görə, “Bayraktar” dronları və hərbi ekspertlər də Pakistana Hindistan qüvvələrinin mövqeyini dəqiq müəyyən etməyə kömək edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Hindistanın Pahalqam terror hücumuna cavabı olan Sindoor əməliyyatı zamanı Pakistanı himayə edib. Hindistanın “The Week” jurnalı belə yazır. Qeyd edir ki, Hindistan Kipr, Ermənistan və Yunanıstanla - Türkiyə ilə münaqişədə olan bütün dövlətlərlə - əlaqələri gücləndirməyə çalışır. Bu ölkələr Ərdoğanın bölgədəki təsirinə qarşı çıxmaq üçün Yeni Dehli ilə əməkdaşlıq edə bilər.

“Ermənistanın məğlub olduğu Dağlıq Qarabağ müharibəsində Türkiyə də Azərbaycana dəstək verib. Ermənistan mühüm silah təchizatı üçün Hindistana üz tutdu. Güclənən münasibətlər fonunda Hindistana Osmanlı İmperiyasında I Dünya Müharibəsi zamanı baş vermiş-1915-16-cı illərdəki erməni soyqırımını tanımağa çağırışlar edilib”...

Yəni Hindistan qondarma erməni genosidini tanımağa hazır vəziyyətdədir. Onu da vurğulayım ki, Türkiyə, Azərbaycan və Pakistan qondarma erməni soyqırımı iddiasını qəti şəkildə və rəsmən rədd edir.

Ən maraqlısı odur ki, Nikol Paşinyan hökuməti erməni genosidi narativindən imtina edib. Hazırda Ermənistana Hindistanın erməni genosidini tanıması qətiyyən lazım deyil. Əksinə, Ermənistanın tezliklə Türkiyə və Azərbaycanla rəsmi şəkildə anlaşması qaçılmaz görünür.

Bu isə o deməkdir ki, Hindistan Türkiyəyə düşmən olduğuna görə özünə dost seçdiyi Kipr, Ermənistan və Yunanıstan üçlüyündən birini-Ermənistanı itirmək ərəfəsindədir.

Elbəyi Həsənli
Sürix


Xəbər 994 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +