Tramp İlham Əliyevin çıxışını paylaşdı
Hansı avtomobillər 12 min manat UCUZLAŞDI?
Rusiyada OMON azərbaycanlı dəstəni saxladı
Avtobus sürücüsü sükan arxasında pivə içib?
Bakının hansı qəsəbəsi sökülür?
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi
Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi


04.07.2022  09:40 

BNA: “Bir sıra marşrut xətləri üzrə avtobusların hərəkətində ləngimə var“





A+  A-

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə XəzərNews.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 12 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 41 müntəzəm marşrut xətti üzrə 105 avtobusun hərəkət intervalından gecikmələr var.

1.Bakı-Sumqayıt şossesində-Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində və əks istiqamətdə Ekologiya postuna qədər 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlıq səbəbindən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-16 dəqiqə gecikmə ilə hərəkət edir.

3. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) 1, 2, 38 və M8 nömrəli marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə var.

4. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) keçən 6, 13, 61 və 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə yaranıb.

5. Binəqədi şossesi-Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

6. Mikayıl Useyinov prospekti Azneft meydanı istiqamətində sıxlıqla əlaqədar (baxmayaraq ki, həmin küçədə avtobus zolağı var lakin, minik avtomobillərinin avtobus zolağını zəbt edib) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə qeydə alınıb.

7. Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Abbasqulu ağa Bakıxanov küçəsi-Türkiyə səfirliyi istiqamətində 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 10-13 dəqiqə gecikmə var.

8. Zabrat Şossesi - Maşdağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

9. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə var.

Xəbər 2799 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib


BÜTÜN XƏBƏRLƏR +