Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


03.12.2019  18:12 

Uşaq oyuncaqlarının içindən narkotik çıxdı





A+  A-

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü təsiredici maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
XəzərNews.az xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Azərbaycan vətəndaşı Orxan Azayevin adına Amerika Birləşmiş Ştatlarından daxil olan poçt bağlamasına rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.

İnvoysda "sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazl" sözlərinin qeyd edildiyi həmin bağlamada 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələm, üzərində "puzzle" sözü yazılan 3 qutu, üzərlərində "FUEL 420" və "Marijuana Product" sözləri yazılan 8 ədəd paket aşkar olunub.

Lakin 3 pazl qutusundan içərisində maye olan 45 ədəd elektron siqaret müştüyü, 8 ədəd paketdən isə qırmızı rəngli maddələr çıxıb.

Sözügedən poçt bağlamasını Orxan Azayevə məxsus şəxsiyyət vəsiqəsilə qəbul etmək istəyən Azərbaycan vətəndaşı Etibar Babayev Orxan Azayevin ölkədə olmadığını bildirib.

Bağlamada olan şübhəli əşyalarla bağlı izahat vermək üçün Etibar Babayev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub. Lakin Etibar Babayev avtomobillə idarəyə gətirilərkən, o, yolda tıxac yarandığından asta sürətlə hərəkətdə olan avtomobilin qapısını bir anda açaraq qaçıb.

Bununla əlaqədar, adları çəkilən hər iki şəxsin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat qrupu yaradılıb.

Əməliyyat qrupunun üzvlərinə daxil olan məlumat əsasında, Orxan Azayev Bakı-Moskva aviareysilə ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onun çemodanında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, yazılı və ya elektron formada bəyan olunmayan 1 konvalyutda 2 ədəd qırmızı və 1 qutuda 16 ədəd ağ rəngli həblər, 1 ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 ədəd elektron siqaret aparatı aşkar edilib.

Orxan Azayev izahatında bildirib ki, onun adına poçt bağlamasını köhnə tanışı Etibar Babayev sifariş edib. O, bağlamanın içərisindəki əşyalardan xəbərsiz olduğunu, çemodanda aşkar olunan dərman preparatlarını isə ağrıları ilə əlaqədar qəbul etdiyini deyib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, poçt bağlamasında aşkar edilən 45 ədəd elektron siqaret müştüyündəki maye ümumi çəkisi 23,805 qram olan həşiş qətranıdır. Həmin bağlamadan çıxan 8 ədəd paketdəki qırmızı rəngli maddələrin tərkibi isə çətənə bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinoldan ibarətdir.

Çemodanda aşkarlanan 2 ədəd qırmızı və 16 ədəd ağ rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatı, 1 ədəd elektron siqaret müştüyündəki maye isə çəkisi 0,729 qram olan həşiş qətranıdır.

Xatırladaq ki, tramadol hidroxlorid tərkibli dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən 18 ədəd həbdə təsiredici maddənin ümumi miqdarı 1,25 qramdır.

Həşiş qətranı isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3157 dəfə oxunub.



21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +