Hikmət Hacıyev adından saxta açıqlama yayılıb
Prezident jurnalistləri təltif etdi - Siyahı
Xarici ali məktəblərə “asan üsullarla” qəbul olunma... - Rəsmi
Aparıcı Bakı metrosuna mətbuat katibi təyin edildi
Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Peskov
Ölkəyə PUA ilə narkotik keçirmək istədilər
Rusiya və İranın Xəzərdəki təlimi Bakıya qarşıdır?
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş


16.12.2017  13:17 

DYP yük avtomobili sahiblərinə xəbərdarlıq etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər. Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.

Qeyd olunanlar, eləcə də sadalanan qayda pozuntularının sürücü və DYP əməkdaşlarının iştirakı olmadan aşkarlanaraq sənədləşdirilməsi nəzərə alınaraq, bu növ fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalara ciddi riayət edilməsi tövsiyə olunur.

Xəbər 3370 dəfə oxunub.




21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +