Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


11.07.2025  14:42 

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ





A+  A-

Xəzər dənizində suyun səviyyəsinin azalması təkcə ekoloji deyil, eyni zamanda çimərlik istirahətinə də ciddi təsirlər göstərir.

Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev xəbərdarlıq edir ki, bu proses çimərlik sahələrində sürüşmə və lillənmə kimi təhlükəli hallar yaradır.

XəzərNews.az xəbər verir ki, professorun BAKU.WS-ə açıqlamasına görə, Xəzərin bir sıra ərazilərində su 100-200 metr geri çəkilib. Nəticədə yeni çimərlik sahələri meydana gəlsə də, bu sahələr hər kəs üçün təhlükəsiz deyil:

"Çimərliyə girəndə ehtiyyatlı olmaq lazımdır. Ona görə ki, burada sürüşmə ola bilər. Üzə bilməyənlər dənizin dibinə ayağını qoyanda sürüşə bilərlər".

Əmir Əliyev bildirir ki, lil çimərliyin girəcəyindədir.

"Əvvəlki illərdə suyun səviyyəsi yüksək olanda və dənizdən əsən küləklər aktivlik göstərdikdə, sahil zonasında lillənmə halları xeyli az olurdu. Lakin son illərdə müşahidə olunan səviyyə azalması ilə sahildə çöküntü və lil təbəqələri yaranır", - deyə ekspert vurğulayıb.

Xəbər 1484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +