Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


01.08.2019  17:29 

Rusiyadakı yanğın ABŞ-a çatdı





A+  A-

Sibirdəki meşə yanğınları ABŞ və Kanadaya çatıb.
XəzərNews.az-ın “NASA”ya istinadən verdiyi xəbərə görə, yanğın tüstüsü Alyaska (ABŞ) və Şimali Amerikanın qərb sahilinə, Sietlə (ABŞ) qədər çataraq yerli meşə yanğınlarının tüstüsü ilə qarışıb.

Qeyd edək ki, Rusiyada meşə yanğınları üç milyon hektara yaxın ərazini əhatə edir. İyunun əvvəlindən bugünə qədər ən azı 11 bölgəni alov bürüyüb.

Duman artıq Qazaxıstanın bir neçə bölgəsini, Karaqandin bölgəsini, Almatı vilayətinin şimal rayonlarını əhatə edib və Monqolustana çatıb.
Meşə yanğınları səbəbiylə Krasnoyarsk diyarı, İrkutsk bölgəsi və qismən Buryatiyada fövqəladə vəziyyət tətbiq edilib.

Ümumdünya Meteoroloji Təşkilatının nümayəndələri hesab edirlər ki, tüstü və yanma məhsulları qlobal istiləşməni gücləndirə və Arktikada buzların ərimə sürətini artıra bilər.

Xəbər 2948 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +