PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


26.02.2017  18:44 

Cocuq Mərcanlıda 8 evə baxış keçirilib





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan XəzərNews.az-a verilən xəbərə görə, gün ərzində 8 evə baxış keçirilib, 482 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketinin partlamamış mühərrik hissəsi), 2 ədəd piyada əleyhinə OZM-72 minası, 2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM -57 tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilib.

Nəticə etibarilə 36 835 kv.m ərazi (10 335 kv.m əl ilə, 12 500 kv.m mexaniki üsulla və 14 000 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə, 23 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 89 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 7 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. 653 059 kv.m ərazi (324 459 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Xəbər 5422 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +