PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?


02.10.2019  15:37 

Taleh Bağırzadənin xanımının cinayət işinə xitam verildi





A+  A-

"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib.
XəzərNews.az bildirir ki, bu barədə "Qafqazinfo"ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, işdə cinayət tərkibinin olmadığı bildirilib: "Leyla İsmayılzadədən götürülən telefon da geri qaytarılıb".

Qeyd edək ki, L. İsmayılzadə barədə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi üzrə ittiham verilmişdi.

Xatırladaq ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Xəbər 2848 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +