Ukrayna və ABŞ-ın ümumi məqsədi var - Vens
Putin Trampı sülhə sadiq qaldığına inandırmağa çalışacaq
Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi


19.01.2022  22:47 

Entoni Blinken Ukraynada...





A+  A-

ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynadadır.

Rusiyanın bu ölkəyə mümkün təcavüz ehtimalı fonunda Dövlət katibinin səfəri Ukraynaya dəstək kimi şərh olunur.

Blinkenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyü bildirilir.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

“Zelenski bu “çətin dönəmdə” Ukraynaya hərbi yardımı artırdığına görə Birləşmiş Ştatlara təşəkkür edib”, – deyə məlumatda vurğulanıb.

Kiyevdə olan Blinken Rusiya Prezidenti Vladimir Putini sülhə çağırıb.

“Diplomatik və dinc yolu qoruya biləcəyimizə çox güclü ümidim var, amma sonucda qərar Prezident Putinin olacaq”, – Blinken Kiyevdəki ABŞ səfirliyinin əməkdaşları ilə görüşdən sonra deyib.

O bildirib ki, Prezident Co Bayden administrasiyası ötən ay Kiyevə əlavə müdafiə təhlükəsizliyi yardımı üçün 200 milyon dollar ayrılmasını təsdiqləyib. Amma anonimlik şərtilə danışan rəsmi yardım paketinin detallarını açıqlamayıb.

Blinkenin sabah Berlinə gedəcəyi qeyd olunub: “Berlində Britaniya, Fransa və Almaniyanın iştirakıyla dördtərəfli müzakirələr gözlənir. Yanvarın 21-də isə dövlət katibi Cenevrədə rusiyalı həmkarı Sergey Lavrovla görüşməlidir. Yanvarın 18-də onların arasında telefon söhbəti olub”.

Bu ərəfədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbə çağırış edərək Ukraynanı silahla təchiz etməyi dayandırmağı tələb edib.

Nazir müavini Avropada təhlükəsizliklə bağlı vəziyyətin “kritik” olduğunu deyib.

Bu barədə “Interfax” xəbər agentliyi yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “bir neçə həftəyə” Ukraynaya səfər edəcəyini açıqlayıb.

Onun sözçüsü İbrahim Kalın yanvarın 18-də deyib ki, Ərdoğan Zelenski ilə Putini Türkiyəyə dəvət edib və “gərginliyi azaltmaq üçün istənilən rolu üzərinə götürməyə hazırdır”.

NATO üzvü Türkiyənin həm Kiyev, həm də Moskva ilə bəzən siyasi narazılıqlara baxmayaraq, yaxşı münasibətləri var.

Rusiya ilə müdafiə və enerji sahələrində əməkdaşlıq edən Ankara Moskvanın Krımı ilhaq etməsinə qarşıdır.

Türkiyənin Ukraynaya müasir dronlar satması isə Kremli qəzəbləndirib.

Rusiya 2014-cü ilə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Moskva isə Ukraynaya hücum planı olmadığını deyir.

NATO-nu bu ölkəni üzvlüyə qəbul etməyi planlaşdırmaqda suçlayır.

Xəbər 1789 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +