Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda


01.09.2025  10:14 

Arvadı ilə mübahisə edib qaynını döydü





A+  A-

Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vahid Qənbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az pravda.az-a istinadla xəbər verir ki, hakim Orxan Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Vahid Qənbərov cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 24 iyul 2025-ci il tarixdə, saat 06:40 radələrində baş verib.

Belə ki, Vahid Qənbərov kirayə yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Onları sakitləşdirmək məqsədilə yaxınlaşan qaynı, zərərçəkmiş Ömər Bəşirovla (adı, soyadı şərtidir) təqsirləndirilən şəxsin arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman Vahid Qənbərov əsəbiləşərək zərərçəkmişin sifət nahiyəsinə — sağ gözünün alt hissəsinə iki dəfə yumruqla zərbə vurub. Nəticədə o, Ömərin sağlamlığa yüngül zərər yetirib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilənlə barışıb, dəymiş ziyan tam ödənilib və Vahid Qənbərova qarşı hər hansı şikayət və tələbi yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən cinayət təqibinə xitam verilib.

Xəbər 1145 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +