12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


14.11.2019  17:51 

“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər”





A+  A-

“Yanmış, 12 ailənin yerləşdiyi yaşayış binasını mənə təmir etdirib pulumu ödəmədilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində tikinti mütəxəssisi İlqar Məmmədov deyib. Bakı sakini olan şikayətçi bildirib ki, Xətai rayonu NZS qəsəbəsində yerləşən ikimərtəbəli binada yanğın baş verdikdən sonra sözügedən binanın təmir işləri onun öhdəliyinə verilib. Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin təklifi əsasında tikinti işləri yekunlaşsa da sakin ödədiyi məbləği qurumdan ala bilmir:

“Materiala və 12 ustaya 8400 manat pul ödənilib. O vaxt Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov idi və o, ödənişin verilməsini müxtəlif bəhanələrlə gecikdirdi. Daha sonra onun yerinə Sahib Babayev təyin olundu. S. Babayevlə görüşümdə mənə bildirdi ki, ödənişi Əvəz İsmayılovdan tələb etməliyəm. Bir çox üst instansiyalara müraciət etsəm də, cavab ala bilmirəm. Bircə Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəldi ki, məsələ Xətai rayon İcra Hakimiyyətinə yönləndirilib, araşdırılacaq.

İcradan rəy verildi ki, iş müqaviləsiz görülüb və hər hansı bir ödəniş olunmayacaq. İndi mən bilmirəm pulumu kimdən tələb edim. Borcum olan sahibkarlar hər gün məndən pul tələb edir”.

İlqar Məmmədov əlavə edib ki, artıq 1 ildir ki, pulunu ala bilmir. Belə ki, sözügedən yanğın hadisəsi ötən ilin noyabrında baş verib.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş rəsmi müraciət etdiyi təqdirdə məsələyə bir də baxıla bilər:

“Əslində cavabda bizim mövqeyimiz bildirilib, ancaq yenə də vətəndaş müraciət etdiyi təqdirdə işinə baxılacaq. Başçımız da təzədir, məsələ yenidən araşdırılar. Vətəndaş aldığı cavabdan narazı qaldığı təqdirdə qanunlarımız imkan verir ki, məhkəməyə müraciət etsin”.

Xəbər 2986 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +