Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


25.09.2017  17:36 

Zibildaşıyan maşınlar Bakını zibilləyir





A+  A-

Məişət tullantıları Bakının ən böyük problemlərindən biridir. İstər mərkəzi yolların kənarlarında, istərsə də ucqar yaşayış massivlərindəki zibilxanalar ətrafında antisanitariya baş alıb gedir. Bununla yanaşı, zibil qutularının ətrafı da həm yapışqanlı, həm də kəskin qoxuludur. Qutuların nəinki yanından keçmək, ora heç uzaq məsafədən belə, yaxınlaşmaq mümkün deyil. Halbuki, zibil qutuları mədəniyyət göstəricilərindən biridir.
Digər tərəfdən, zibilyığan maşınlar da işlərini səliqəli görə bilmir. Hər halda yolboyu tullantıların suyunu axıdaraq hərəkət edən zibil maşınlarını görməmiş olmazsınız.
Bəs bütün bunların qarşısını almağa hansı qurum cavabdehdir?

Mənzil-Kommunal Departamenti məsələyə səthi yanaşır

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov açıqlama verib. O bildirib ki, həm zibil qutularının ətrafı, həm də zibil maşınları mütəmadi olaraq dezinfeksiya edilməlidir:
“Zibil qutularının yerləşdirildiyi ərazilər mütləq təmizlənməlidir. Müvafiq hermetik qutulardan istifadə olunmalıdır. Lakin təəssüflər olsun ki, bir sıra ərazilərdə antisanitar vəziyyət müşahidə edilir və xoşagəlməz qoxular olur. Bu da onu göstərir ki, həmin ərazilərdə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr yoxdur.
Hər bir rayonun Mənzil Kommunal Departamentinin bununla əlaqədar müqavilələri olmalıdır. Həmin müqavilədə dezinfeksiya şöbəsinin öhdəliyi göstərilir. Yəni gündə, ayda və ildə nə qədər dezinfeksiya işləri aparılmalıdır. Burada birbaşa cavabdeh qurum Mənzil-Kommunal Departamentidir. Həmin departament müqavilə əsasında öhdəlik götürmüş təşkilatlardan bunu tələb etməlidirlər. Bu istiqamətdə ola bilməz ki, müqavilə olmasın. Sadəcə qurum məsələyə səthi yanaşır”.

Həmin ərazilərdə yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir

Z.Kazımov qeyd edib ki, zibil qutularının ətrafındakı antisanitariya şəraiti bir sıra problemlərə səbəb ola bilir:
“Bu, insanlar arasında cürbəcür yoluxucu xəstəliklərin yaranmasına şərait yarada bilər. Eyni zamanda, həmin ərazilərdə sahibsiz heyvanların, gəmiricilərin çoxalmasına səbəb ola bilər. Hansı ərazidə antisanitar şərait yaradılırsa, orada istənilən yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir”.

(modern.az)

Xəbər 3073 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +