XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


17.06.2021  15:17 

SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazırdır





A+  A-

SOCAR Türkiyənin Qara dənizdə yeni kəşf edilən yeni qaz ehtiyatlarının işlənməsində əməkdaşlığa maraqlıdır.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə Enerji” və “Petkim Holdinq”in İdarə Heyətinin sədr müavini Vaqif Əliyev deyib.

Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib və yeni qaz yatağının strateji əhəmiyyətindən danışıb.

Ümumi qaz ehtiyatları 540 milyard kubmetr həcmində müəyyən edən yatağın Qara dənizin xüsusiyyətləri baxımından, onun dərinliyi və dalğaların miqyası cəhətdən klassik bir platforma ilə deyil, daha çox insan əməyinin birbaşa tətbiq edilmədiyi yeni texnologiyalar vasitəsilə işlənə biləcəyini qeyd edib.

“Nəzəri cəhətdən “Türk Petrolleri” (TPAO) şirkəti ilə yataqların işlənməsi və hasilat prosesində əməkdaşlıq etmək mümkün ola bilər. TPAO ilə 1994-cü ildən bu günə qədər müxtəlif layihələrdə əməkdaşlıq etmişik. Əldə etdiyimiz təcrübələri üçüncü ölkələrdə də tətbiq edə bilərik”, - deyə Vaqif Əliyev əlavə edib.

SOCAR rəsmisi vurğulayıb ki, bu imkanları ilkin olaraq coğrafi cəhətdən uzaq regionlarda deyil, enerji ehtiyatları ilə zəngin daha yaxın bölgələrdə qiymətləndirmək olar:

“Prezidentlərin bu mövzuda ortaq mövqeyi bizim üçün bir təlimatdır”.

Xəbər 3625 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +