Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


26.03.2024  17:12 

“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“





A+  A-

Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.

“Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Bizim Çində daimi ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Onlar bərpa olunan enerji sahəsində, sənaye istehsalı sahəsindədir, eyni zamanda sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub”, - nazir bildirib.

M.Cabbarovun sözlərinə görə, bütün bunların əsasında mükəmməl siyasi əlaqələr dayanır: “Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir və bu, münasibətlərimizdə çox möhkəm təməldir”.

Onun sözlərinə görə, Azərbaycanın bir çox tərəfdaşları ilə sıx əlaqələri var: “Bizim əsas ticarət tərəfdaşlarımız Avropa İttifaqı, Çin, Rusiya Federasiyası, təbii ki, Türkiyə, Mərkəzi Asiya dövlətləri və Fars körfəzi ölkələridir.

Bu, müəyyən mənada bizim qarşılıqlı investisiyalar strukturumuzu əks etdirir. Azərbaycan həm də müxtəlif nəqliyyat yollarının kəsişməsində yerləşir və “Şərq-Qərb” Çini Avropa ilə birləşdirən və Xəzər dənizi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərindən keçən ən qısa marşrutdur.

Eyni sözləri “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında da demək lazımdır. Coğrafi mövqeyimiz də müəyyən mənada iqtisadi tərəfdaşlığımızı da müəyyən edir”.

Xəbər 18870 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +