Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA
Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR
Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN
Rayonlarda leysan yağıb, şimşək çaxıb
Ukraynada daha bir azərbaycanəsilli hərbçi həlak olub
Xadimələrə maşınını yudurdan direktor işdən çıxarılıb
Beyləqanda həkimi şantaj etməklə pul tələb edənlər...
Xətai rayonunda ağır yol qəzası baş verib
Putinin Ərdoğanla telefon danışığı olub


06.09.2018  13:11 

Sabahın hava PROQNOZU





A+  A-

Sentyabrın 7-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Sentyabrın 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 7-dəhava şəraitininyağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 7-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3114 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +