Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir
Qəza yanğına səbəb oldu - Siyəzəndə
Bakıda qızlar arasında dava olub
Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA


25.03.2024  23:52 

Terror aktı islamçıların əli ilə törədilib -Putin





A+  A-

"Crocus"da terror aktı radikal islamçıların əli ilə törədilib.

Xəzərnews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin martın 22-də "Crocus City Hall" konsert salonunda baş vermiş terror aktı ilə bağlı keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, Rusiya "Crocus"da terror aktını kimin törətdiyini bilir:

"Lakin bunu kimin sifariş etdiyi maraqlıdır".

Putin qeyd edib ki, Rusiya hələ də Moskva vilayətində terror aktında islamçıların iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir:

"Crocus"da baş verən terror aktı Kiyev rejiminin 2014-cü ildən Rusiya Federasiyasına qarşı baş qaldırdığı müharibəsinin bir hissəsidir. "Crocus"da baş vermiş terror aktı Kiyevin hədə-qorxu kampaniyasına tam məntiqlə uyğun gəlir".

Putin "Crocus"da terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə mütəmadi olaraq ona məlumat verilməsi tapşırığını verib.

Prezident "Crocus"dan sonra terrorçuların niyə Ukraynaya getdiyi sualını qaldırıb:

"Onları orada kim gözləyirdi?"

Rusiya Prezidenti Kiyevin əks-hücum əməliyyatının tamamilə iflasa uğradığını, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca təşəbbüsü əlində saxladığını söyləyib:

"Kiyevin cəbhəni sabitləşdirmək üçün etdiyi bütün cəhdlər uğursuz alınıb, Rusiya Federasiyası xüsusi əməliyyatda təşəbbüsü özündə saxlayır"./apa

Xəbər 2987 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +