Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


27.08.2025  15:29 

Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu





A+  A-

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var.

Nizamnamə kapitalı 150 milyon manata yaxın olan “Aznar” QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

“Aznar” QSC-nin tabeçiliyində fəaliyyət göstərən “AzNar Ferma” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. “Aznar Ferma”nın 2940,02 manat borcu var.

1979-cu il təvəllüdlü Mehman Hacıyev “MEGAMIX ASIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.

Xatıradaq ki, bir neçə il əvvəl “Aznar” QSC-nin “Grante Trading” filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.

Qeyd edək ki, bir müddət əvvəl Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan milyonluq avtomobillərə də həbs qoyulub.



Xəbər 1846 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +